Azərbaycan və İran XİN başçıları Bişkekdə görüşüblər - FOTO

Azərbaycan və İran XİN başçıları Bişkekdə görüşüblər - FOTO
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bişkekdə İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçı ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, nazirlər Azərbaycan-İran ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivlərini, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.

Həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Nazirlər müntəzəm yüksəksəviyyəli dialoqun davam etdirilməsinin və iki ölkə arasında qarşılıqlı faydalı layihələrin irəlilədilməsinin vacibliyini vurğulayıblar.

Mənbə: oxu.az