Azərbaycan BMT-nin vacib tərəfdaşıdır və "orta güc" dövləti kimi bu qurumun mötəbər tədbirlərinə ev sahibliyi edir.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitri Şlapaçenko sentyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən bildirib.
O, bu xüsusda Bakıda COP və Ümumdünya Şəhərsalma Forumunun təşkil olunduğunu xatırladıb, bu gün Bakıda "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının keçirildiyini deyərək, Azərbaycanda BMT-nin İqlim Həftəsi tədbirinin də olacağını qeyd edib.
Dmitri Şlapaçenko Azərbaycanın BMT-nin müvafiq qurumlarının fəaliyyətinə verdiyi dəstəyi yüksək qiymətləndirib.
Mənbə: publika.az