İranın Abadan şəhərinin sərhədçiləri Fars körfəzinin şimal sularında 382 min litr qaçaq dizel daşıyan gəmini saxlayıb.
Bu barədə IRIB məlumat yayıb.
"Gəminin göyərtəsindəki 11 xarici şübhəli həbs edilib", - məlumatda bildirilib.
Bununla yanaşı, Hörmüz boğazında da gəmi partlayışı qeydə alınıb. Ətraflı məlumat açıqlanmayıb.
Mənbə: yenisabah.az