"Ermənistan ruslara viza tətbiq edərsə..." - Zaxarova

"Ermənistan ruslara viza tətbiq edərsə..." - Zaxarova

Ermənistanın Rusiya vətəndaşları üçün viza rejimi tətbiq etməsi Moskvaya qarşı deyil, İrəvanın özünə qarşı yönəlmiş bir addım olacaq.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova jurnalistlərə açıqlamasında bildirib.

"Əgər Ermənistan birdən viza tətbiq etsə, bunu bizə qarşı deyil, öz vətəndaşlarına qarşı edəcək", - deyə o ifadə edib.

Zaxarova, bu qərarın, digər məsələlərlə yanaşı, Ermənistanda çoxlu sayda qohumu olan Rusiya vətəndaşlarına da təsir edəcəyini vurğulayıb.

Gülayə Mecid


Mənbə: unikal.az