İspaniya məhvə düçardı – Tramp

İspaniya məhvə düçardı – Tramp

ABŞ Prezidenti Donald Tramp İspaniyanın ölkə hakimiyyətinin yürütdüyü siyasət səbəbindən məhv olmaq riski ilə üzləşdiyini bildirib. Onun sözlərinə görə, miqrant axını səbəbindən ölkə xarabalığa çevriləcək. Amerika lideri NATO-ya çəkilən xərclərlə bağlı da Madridi tənqid edib.

Ağ Evin rəhbəri bu barədə GBN-ə verdiyi müsahibədə danışıb.

“İspaniya məhv olmağa düçardı. İspaniya ilə bağlı problemlərim var, çünki o, NATO məsələsində özünü çox yaxşı aparmır və ödəməli olduğu qədər ödəmir”, – deyə Tramp bildirib.

Tramp ayrıca İspaniyanın Şimali Afrikada, Mərakeşlə sərhəddə yerləşən muxtar şəhəri Seuta ətrafındakı vəziyyətə də toxunub. Amerika lideri miqrantların kütləvi axınından danışaraq baş verənləri “çox kədərli mənzərə” adlandırıb.

Mənbə: az.trend.az