Rusiya prezidenti Vladimir Putinin Ukrayna münaqişəsinin siyasi yolla həllinə hazır olması barədə açıqlaması Çində müzakirələrə səbəb olub.
“Sohu” nəşri Putinın sülh yolu ilə nizamlanmaya hazır olduğunu nümayiş etdirməklə yanaşı, Rusiya qoşunlarının döyüş meydanındakı mövqelərini zəiflətmək niyyətində olmadığını yazıb.
Məqalədə qeyd olunur ki, Moskva diplomatik həll variantını istisna etməsə də, danışıqlar prosesində mövqelərini gücləndirmək üçün cəbhədəki təzyiqini davam etdirmək niyyətindədir.
Çinli şərhçilərin fikrincə, Rusiya tərəfi danışıqlara hazır olduğunu göstərməklə yanaşı, Ukrayna münaqişəsində strateji təşəbbüsü də əlindən buraxmaq istəmir.
Mənbə: publika.az