Ərdoğan 12 ölkəyə yeni səfir təyin etdi

Ərdoğan 12 ölkəyə yeni səfir təyin etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərarlarla 12 ölkəyə yeni səfir təyin olunub.

Müvafiq qərarlar “Resmi Gazete”də dərc edilib.

Qərarlara əsasən, Haydar Kerem Divanlıoğlu Burundi, Kaan Esener Filippin, Ayşe Hilal Sayan Koytak Finlandiya, Necati Sancaktutan Bəhreyn, Hüseyn Ergani Oman, Fikriye Aslı Güven Namibiya, Fatih Yıldız Koreya Respublikası, Fahri Türker Oba Sudan, Alper Aktaş Şimali Makedoniya, Ferhat Alkan Somali, Özgür Gökmen Qambiya, Ayça Oşafoğlu İnam isə Mozambik üzrə Türkiyənin yeni səfiri təyin edilib.

Bununla yanaşı, Türkiyənin Burundi üzrə səfiri Alp Işıklı və Şimali Makedoniyadakı səfiri Fatih Ulusoy vəzifələrindən geri çağırılıblar.

Mənbə: publika.az