Rusiya Prezidenti Vladimir Putinin amerikalı danışıqçılar Stiv Vitkov və Cared Kuşner ilə görüşü 3 saatdan çox davam edib.
TASS agentliyinə istinadən xəbər verilir ki, görüş başa çatdıqdan sonra Vitkov və Kuşnerin kortejləri Kremldən yola düşüb.
Bu, Putinin Uitkoffla səkkizinci görüşüdür. Kuşner isə Ukrayna nizamlanması ilə bağlı müzakirələrdə üçüncü dəfə iştirak edir.
Moskvadakı görüşdən sonra Uitkoff və Kuşnerin danışıqları davam etdirmək üçün Kiyevə gedəcəkləri bildirilir.
Mənbə: bizim.media