Analitiklər Üçüncü Dünya Müharibəsinin artıq başladığını və bəşəriyyətin fəlakətin astanasında olduğunu deyirlər.
Bu barədə köşə yazarı Saymon Tisdall "The Guardian"da yazıb.
Tisdall qeyd edib ki, bir neçə ildir dünyada gedən proseslər arzuolunmaz məcraya yönəlib: "Bəzi analitiklər belə hesab edirlər ki, artıq Üçüncü Dünya Müharibəsi başlayıb. Bu iddiaların şişirtmə məsələ olduğunu düşünənlər 2026-cı ildə dünyanın siyasi mənzərəsini, yaranmış gərgin vəziyyəti nəzərdən keçirməlidirlər. Kiyevdən Xorrəmşəhrə, Kordofana və Kaçinə qədər münaqişə alovlarının artıb və azaldığını, lakin bu proseslərin heç vaxt bitməyəcək kimi göründüyünü müşahidə etmək olar".
Onun sözlərinə görə, dünyada davam edən hərbi münaqişələr nəzarətdən çıxan qlobal "yanğın"a çevrilmək təhlükəsi yaradır. 1945-ci ildən sonra ərsəyə gələn ittifaqlar sistemi isə artıq özü özünü məhv edir.
"Hara baxsanız müharibə, iqlim dəyişikliyi və ya təbii fəlakətlərin yaratdığı humanitar böhranlar, xaotik kütləvi miqrasiyalar, qida çatışmazlığı və xəstəliklər görərsiniz. Artıq bəşəriyyətin özünü məhv etməyə doğru amansız meyllənməsinin həddi-hüdudu yoxdur".- nəşr yazıb.
Müəllif: Tural
Mənbə: publika.az