Kremldən Paşinyanın çıxışına reaksiya - Suverenliyini göstərmək istəyir!

Kremldən Paşinyanın çıxışına reaksiya -

Baş nazir Nikol Paşinyan Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT+) zirvə toplantısında milli dildə çıxış etməklə Ermənistanın suverenliyini bəyan etmək istəyib.

Bu fikri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Paşinyanın dil seçimindən təəccübləndiyini qeyd edib. Çünki Paşinyan yeganə MDB lideri olub ki, çıxış üçün rus dilini yox, fərqli bir dili seçib. Peskov çaşqınlıq içində olduğunu etiraf edib və hətta rus dilindən tərcüməni eşitmək üçün qulaqcıq axtarmalı olub. Kremlin sözçüsü qeyd edib ki, tərcümə uğurlu olub: "Əgər bu, dövlət başçısının seçimidirsə, ona hörmət edilməlidir".

Qeyd edək ki, Paşinyan buna qədər bu cür beynəlxalq tədbirlərdə həmişə rus dilində danışıb.

Müəllif: Tural

Mənbə: publika.az