Türkiyə yeni atom elektrik stansiyalarının (AES) tikintisinə dair danışıqları hələ yekunlaşdırmayıb və Rusiya, Çin, Kanada, eləcə də Cənubi Koreya ilə müzakirələri davam etdirir.
Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraqtar "Sabah" qəzetinə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, Rusiya Sinop və Frakiyadakı AES layihələrində iştirak etməkdə maraqlıdır:
"Rusiya tərəfi orada "Akkuyu" AES-də tətbiq etdiyi təcrübə və insan resurslarından istifadə etmək istəyir. Rusiyadan başqa, digər AES layihələri üzrə Kanada, Çin və Cənubi Koreya ilə də danışıqlar aparırıq. "Akkuyu"dan əlavə, daha səkkiz reaktor tikməyi planlaşdırırıq" — deyə A.Bayraqtar vurğulayıb.
A.Bayraqtar yeni AES-lərlə bağlı hələ heç bir sazişin imzalanmadığını və yaxın aylarda hüquqi prosedurları tamamlamaq istədiklərini qeyd edib. O, həmçinin Kiçik Modul Reaktorları sahəsində tədqiqatlar aparıldıqlarını bildirib:
"Məqsədimiz yeni nüvə erasını tutmaq və kiçik modul reaktorları sahəsində texnologiya ixrac edən ölkəyə çevrilməkdir. 2030-cu illərə qədər öz kiçik modul elektrik stansiyalarını istehsal edən və nüvə texnologiyalarına sahib olan ölkə olmaq istəyirik".
Mənbə: olke.az