Fəxri Xanhüseyn oğlu Kazımov İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, F. Kazımov 2017-ci ildən sözügedən vəzifəni icra edirdi.
Mənbə: qafqazinfo.az