Almaniyanın kansleri Fridrix Merts Saksoniya-Anhaltda ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının tarixi qələbəsindən sonra istefa verməyəcəyini açıqlayıb.
Merts Berlində jurnalistlər qarşısında çıxış edərkən nəticənin onun rəhbərlik etdiyi Xristian-Demokrat İttifaqını (CDU) “təməlindən sarsıtdığını” etiraf edib. O, bunun CDU-nun son illərdə, hətta son onilliklərdə aldığı ən ağır seçki məğlubiyyəti olduğunu bildirib.
Merts məğlubiyyətin məsuliyyətini qəbul etsə də, vəzifəsindən getməyəcəyini vurğulayıb. AfD-nin qələbəsi isə Almaniyada II Dünya müharibəsindən sonra ifrat sağın regional seçkidə əldə etdiyi ən böyük uğur kimi qiymətləndirilir.
Qeyd edək ki, Mertsə qarşı narazılığın miqyası da diqqət çəkir. Son sorğulardan birində Saksoniya-Anhalt sakinlərinin cəmi 9 faizi kanslerin siyasətindən razı olduğunu bildirib.
Xatırladaq ki, AfD seçkidə təxminən 44 faiz səs toplayaraq CDU-nu böyük fərqlə geridə qoyub.
Müəllif: Adəm
Mənbə: publika.az