Britaniyanın MI5 əks-kəşfiyyat agentliyinin rəhbəri Ken Makkallum xəbərdarlıq edib ki, növbəti böyük təhlükə kəşfiyyat orqanlarının hazırda kifayət qədər diqqət yetirmədiyi ərazilərdə yarana bilər.
Publika.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, o, bu açıqlamanı 11 sentyabr terror hücumlarının 25-ci ildönümü ilə bağlı verib.
Makkallum “Əl-Qaidə”nin əhəmiyyətli dərəcədə zəiflədiyini, lakin terror təşkilatlarının hələ də kütləvi tələfatla nəticələnən hücumlar həyata keçirməyə çalışdığını qeyd edib.
O, buna misal olaraq Mançesterdəki yəhudi icmasına qarşı bu yaxınlarda qarşısı alınan sui-qəsdi göstərib.
Lakin MI5 rəhbəri terrorizmdən də kənara çıxan təhlükənin olduğunu bildirib.
O vurğulayıb ki, kəşfiyyat orqanları eyni zamanda xarici dövlətlər tərəfindən təşkil edilə biləcək kiberhücumlara, təxribatlara və hərəkətlərə qarşı durmalıdır.
Müəllif: Tural
Mənbə: publika.az