Çindən İrana ABŞ bazasının peyk görüntüləri verilib? - Vaşinqtondan şok iddia

Çindən İrana ABŞ bazasının peyk görüntüləri verilib? -

İyulda İordaniyadakı ABŞ bazasına endirilən raket zərbəsindən əvvəl və sonra İran Çindən yüksəkdəqiqlikli peyk görüntüləri əldə edib.

Bu barədə ABŞ rəsmilərinə istinadən "The Wall Street Journal" nəşri məlumat yayıb.

Bildirilib ki, iyulun 17-də rəsmi Tehran İordaniyanın şimal-şərqində yerləşən Müvəffəq-Səlti aviabazasına ballistik raketlərlə hücum edib. Zərbələr, xüsusilə, ABŞ hərbçilərinin yatdığı binaya dəyib. Nəticədə üç hərbçi həyatını itirib, daha dörd nəfər isə yaralanıb.

Mənbələrin sözlərinə görə, bazaya hücum Donald Tramp Administrasiyasının bir neçə ay ərzində Çin nümayəndələrini bu ölkənin şirkətlərinin İrana peyk görüntüləri verə biləcəyi barədə xəbərdar etməsindən sonra baş verib. Qeyd edək ki, may ayında ABŞ Çinin "MizarVision", "Earth Eye" və "Chang Guang" şirkətlərinə qarşı sanksiyalar tətbiq etmişdi.

Rəsmilərin dediyinə görə, hücumdan sonra Tehran bazadakı dağıntıları əks etdirən yüksəkdəqiqlikli fotolar yayımlayıb. Nəşr qeyd edir ki, ABŞ tərəfi çinli həmkarlarına İordaniyadakı hücumla əlaqəni göstərən materiallar təqdim etsə də, onlar bu iddiaları rədd edərək əlavə sübutlar istəyiblər.

Nəşr əlavə edir ki, rəsmilər İrana bu görüntüləri verən şirkətlərin adlarını çəkməyiblər və rəsmi Pekinin bu məsələdə birbaşa iştirak etdiyini iddia etməyiblər.

Çinin Vaşinqtondakı səfirliyinin rəsmi nümayəndəsi Lyu Çan irəli sürülən ittihamların qərəzli xarakter daşıdığını bildirərək Çin və İran arasındakı əməkdaşlığın beynəlxalq hüquq normalarına tam uyğun olduğunu bəyan edib.

Nəşr vurğulayır ki, görüntülərin İrana verilməsi ilə bağlı məlumatlar Prezident Donald Tramp

Mənbə: oxu.az