Hakan Fidan iranlı həmkarı ilə bölgədəki vəziyyəti müzakirə etdi

Hakan Fidan iranlı həmkarı ilə bölgədəki vəziyyəti müzakirə etdi

İran və Türkiyənin xarici işlər nazirləri Abbas Əraqçı və Hakan Fidan telefon danışığı zamanı bölgədəki son hadisələri, həmçinin gərginliyin daha da artmasının və böhranın genişlənməsinin qarşısını almaq zərurətini müzakirə ediblər.

Bu barədə "Mehr" agentliyi İran Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Tərəflər bölgədə sabitliyin və əmin-amanlığın bərqərar olması üçün məsləhətləşmələri və diplomatik səyləri davam etdirməyin vacibliyini vurğulayıblar.

Telefon danışığının digər təfərrüatları hələlik açıqlanmır.

Mənbə: bizim.media