Ukrayna Prezidenti Volodimir Zelenski dünyanın ən nüfuzlu yəhudilərinin reytinq siyahısında yer alıb.
Bu barədə “The Jerusalem Post” nəşri məlumat yayıb.
Dövlət başçısı “Ukrayna müqavimətinin yəhudi siması” kimi siyahıda 21-ci pillədə qərarlaşıb.
Reytinqin 1-ci yerində Cared Kuşner və İvanka Tramp cütlüyü, 2-ci yerində isə İsrailin baş naziri Binyamin Netanyahudur.
İlk onluqda həmçinin “OpenAI” rəhbəri Sem Altman və “Meta”nın təsisçisi Mark Zukerberq də yer alıb.
Musavat.com
Mənbə: musavat.com