Rusiyanın Belçika və Londonda nə qədər pulu var? - Conson açıqladı

Rusiyanın Belçika və Londonda nə qədər pulu var? -

Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson qatar hadisəsindən sonra Ukraynaya dəstəyin artırılmasına çağırıb.

Bu barədə onun sosial media səhifəsində məlumat verilib.

Keçmiş baş nazir Kiyevin müttəfiqlərinin ona lazımi hava hücumundan müdafiə imkanlarını nə vaxt təmin edəcəyi ilə maraqlanıb.

O, Aİ ölkələrinin də dondurulmuş Rusiya aktivlərini müsadirə etməli və onlardan Ukraynanın ehtiyacları üçün istifadə etməli olduğunu bildirib.

Siyasətçi əlavə edib ki, Britaniya bu məsələdə digər ölkələr üçün "nümunə ola bilər".

"Belçikada bank hesabında 140 milyard avrodan çox, Londonda isə təxminən 10 milyard funt sterlinq var", - Conson yazıb.

Qeyd edək ki, Conson Polşa-Ukrayna sərhədində olarkən Rusiya qatara dronla hücum edib.

Müəllif: Tural

Mənbə: publika.az