"Süni intellekt üçün yeganə nəzarət və ya "məhdudiyyətlər" güclü və ağıllı, IQ-sü yüksək prezidentin olmasıdır və ABŞ-nin belə prezidenti var".
Bunu ABŞ Prezidenti Donald Tramp sosial mediada yazıb.
Onun sözlərinə görə, ABŞ-nin artıq belə bir prezidenti var. Tramp bildirib ki, onun administrasiyası süni intellektlə əlaqəli insanların təhlükəli və ya potensial təhlükəli hərəkətlərə əl atma cəhdlərinin qarşısını alır.
Ağ Ev rəhbərinin sözlərinə görə, Çinin süni intellekt yarışında ABŞ-ni keçməsinə icazə verilməməlidir.
Mənbə: unikal.az