Tramp Avropa ölkələrini bununla hədələdi

Tramp Avropa ölkələrini bununla hədələdi

"Kanada Avropa İttifaqında assosiativ üzv statusu alsa, ABŞ Avropa ölkələri ilə ticarəti dayandıra bilər".

Bunu ABŞ Prezidentİ Donald Tramp deyib.

Tramp bildirib ki, əgər Kanada Aİ-nin assosiativ üzvü olarsa, bunu "düşmənçilik hərəkəti" hesab edə və bir çox məhsul üzrə Avropa ilə ticarəti dayandıra bilər və bununla da Avropa ölkələrinə əhəmiyyətli tariflər tətbiq edə bilər.

Xatırladaq ki, ötən gün Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Kanadanın Aİ-nin ilk assosiativ üzvü ola biləcəyini açıqlayıb. O, əlavə edib ki, Kanada və Aİ mövcud Hərtərəfli İqtisadi və Ticarət Sazişindən daha yüksək səviyyəli tərəfdaşlığa keçəcəklər.

Gülayə Mecid


Mənbə: unikal.az