İclas başlamazdan əvvəl Koçaryanın tərəfdarları onun səhhəti ilə maraqlanıblar. Sabiq prezident gülümsəyərək, "Deyəsən, mənim vəziyyətim sizinkindən daha yaxşıdır", - deyə cavab verib.
Məhkəmənin əvvəlində iş üzrə təqsirləndirilən şəxslərdən birinin, keçmiş baş nazir müavini Armen Gevorkyanın vəkilləri ona qarşı cinayət təqibinə xitam verilməsi barədə vəsatət qaldırıblar. Lakin hakim Sarkis Petrosyan bu vəsatəti rədd edib.
Məhkəmə binasının qarşısına Koçaryanın tərəfdarları toplaşıblar.
Qeyd edək ki, Robert Koçaryan avqustun 27-də həbs edilib. Antikorrupsiya Komitəsinin məlumatına əsasən, məhkəmə ikinci prezident barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib. "1 mart" işi 2008-ci ildə baş vermiş hadisələrlə əlaqədardır. Həmin vaxt prezident seçkisindən sonra rəsmi nəticələri qəbul etməyən Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın tərəfdarları kütləvi etiraz aksiyalarına başlamışdılar. Nümayişçilər və güc strukturları arasında baş verən toqquşmalar zamanı on nəfər həyatını itirmişdi.
Mənbə: oxu.az