Polşa Kiyevi niyə dəstəkləyir? - Nazir əsl səbəbi açıqladı

Polşa Kiyevi niyə dəstəkləyir? - Nazir əsl səbəbi açıqladı

Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış Ukrayna münaqişəsi ilə bağlı diqqət çəkən açıqlamalar verib.

TVN24-ə istinadən xəbər verilir ki, o, Ukraynanı dəstəkləməyin Polşanın milli maraqlarına uyğun olduğunu deyib.
Çünki Kiyev Rusiya raket və dronlarını sıradan çıxara bilir.

Nazir iddia edib ki, Rusiya raket və dronları Polşa sərhədi yaxınlığında da düşür və Ukrayna Silahlı Qüvvələri onları Avropa Birliyi ərazisinə girməzdən əvvəl vura bilir. O, Kiyevin kifayət qədər hava hücumundan müdafiə sistemləri və sursatı olmadan bu vəzifəni yerinə yetirə bilməyəcəyini vurğulayıb.

"Əgər Ukraynanın hava hücumundan müdafiə sistemləri, dronları vurmaq üçün sursatı yoxdursa, bu raket və dronların əksəriyyəti Ukrayna ərazisindən keçərək Polşaya çatacaq. Hərbi əməliyyatlar aparan Ukraynanı dəstəkləmək və raketlərin havadaca ələ keçirilməsi milli maraqlarımıza uyğundur", - Vladislav Kosinyak-Kamış deyib.

Mənbə: publika.az