Türkiyənin Bakıdakı Səfirliyi Azərbaycanı 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.
Bu barədə səfirliyin "X"dəki hesabında paylaşım olunub.
"Qardaş Azərbaycanı 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik edirik.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün qardaşlarımızı rəhmətlə yad edir, qazilərə Allahdan şəfa diləyirik", - paylaşımda qeyd olunub.
Mənbə: publika.az