Meloni şərt qoydu

Meloni şərt qoydu

İtaliyanın Baş naziri Corciya Meloni ölkəyə köçən və orada məskunlaşmaq istəyən əcnəbilərlə bağlı diqqətçəkən bəyanatla çıxış edib.

Baş nazir İtaliyada gələcək qurmaq və cəmiyyətin bir hissəsi olmaq istəyən hər bir şəxs italyan dilini bilməlidir.

Meloninin sözlərinə görə, dil biliyi inteqrasiya prosesinin əsas şərtidir və ölkənin mədəni dəyərlərinə hörmətin göstəricisi olduğunu bidirib.

İtaliya hökumətinin miqrasiya siyasətində dil öyrənilməsi və yerli şərtlərə uyğunlaşma tələblərini daha da sərtləşdirəcəyi gözlənilir.

Nazim Hacıyev


Mənbə: yenisabah.az