Rubio İranla görüşə hazır olduğunu açıqladı

Rubio İranla görüşə hazır olduğunu açıqladı

ABŞ Dövlət katibi Marko Rubio BMT Baş Assambleyası çərçivəsində İran nümayəndələri ilə görüşməyə hazır olduğunu açıqlayıb.

Rubio bu barədə “NBC News”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırda belə bir görüş planlaşdırılmayıb.

“Hazırda hər hansı bir görüşün planlaşdırıldığını düşünmürəm, lakin belə bir təşəbbüsə hazırıq. Xüsusilə də əgər bu, müsbət nəticəyə və nəhayət, bütün bu səylərin hədəflədiyi məqsədə çatmağa yol aça bilərsə", - deyə Rubio qeyd edib.

Müəllif: Roza

Mənbə: publika.az