İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı

İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı

Azərbaycanlı və erməni ekspertlərin “Sülh körpüsü” təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb.

APA-ya istinadən xəbər verilir ki, görüş Azərbaycan tərəfinin istəyi ilə təxirə salınıb.

Belə ki, Azərbaycan tərəfi hazırkı mərhələdə görüşün keçirilməsini məqsədəuyğun hesab etmir.

Mənbə: qafqazinfo.az