Azərbaycan milli komandasının və “Sabah” klubunun aparıcı yarımmüdafiəçisi Abdulla Xaybulayev Tacikistan seçməsi ilə keçirilən yoldaşlıq matçında ciddi zədə alıb.
“Qafqazinfo” xəbər verir ki, xoşagəlməz insident qarşılaşmanın ikinci hissəsində baş verib.
Görüşün 67-ci dəqiqəsində Tacikistan millisinin yarımmüdafiəçisi Furxon Rəhimzoda ilə ikili mübarizə zamanı Xaybulayevin əzələsi dartılıb. Zədənin ciddi olması səbəbindən futbolçu oyunu davam etdirə bilməyib.
Meydanı tərk etmək məcburiyyətində qalan futbolçunu milli komandamızın digər yarımmüdafiəçisi Fərid Yusifli əvəzləyib.
Mənbə: qafqazinfo.az