Pezeşkian Müctəba Xameneidən danışdı - “Yeddi saat əvvəl...”

Pezeşkian Müctəba Xameneidən danışdı - “Yeddi saat əvvəl...”

İran Prezidenti Məsud Pezeşkian ölkənin ali rəhbəri Müctəba Xamenei ilə daimi əlaqə saxladığını bildirib.

O, bu barədə “Fox News” telekanalına müsahibəsində məlumat verib.

Onun sözlərinə görə, sonuncu söhbət Amerika telekanalı ilə müsahibədən bir neçə saat əvvəl baş tutub.

“Bəli, yeddi saat əvvəl, əvvəllər də dediyim kimi, biz danışıqlar apardıq”, - deyə Pezeşkian Xamenei ilə sonuncu ünsiyyət vaxtı sualına cavab verərkən söyləyib.

İran Prezidenti, həmçinin ölkənin ali rəhbərinin sağlam olduğunu və dövlətə rəhbərlik etməyə davam etdiyini bildirib. Pezeşkian qeyd edib ki, təxminən bir ay əvvəl Xamenei ilə görüşüb.

ABŞ və İsrailin Tehrandakı iqamətgahına endirdiyi zərbələr nəticəsində vəfat edən ayətulla Əli Xameneinin oğlu, 56 yaşlı Müctəba Xamenei İranın yeni ali rəhbəri seçilib. Martın 8-də Ekspertlər Assambleyası yekdilliklə yeni rəhbəri ömürlük müddətə seçib.

Mənbə: publika.az