“ABŞ artıq Cənubi Qafqazı böyük prioritet hesab edir”

“ABŞ artıq Cənubi Qafqazı böyük prioritet hesab edir”

“2025-ci ilin avqustundan başlamaqla Vitse-prezident Ceyms Devid Vensin səfəri, keçirdiyimiz ilk iqtisadi dialoq və sonrakı bütün təmaslar göstərir ki, Birləşmiş Ştatlar artıq Cənubi Qafqaz regionunu nə qədər böyük prioritet hesab edir”.

Bunu ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon “Orta Dəhliz: ticarət, sənaye və bağlantı potensialının reallaşdırılması” adlı sessiyada deyib.

“Xəbərləri izləyənlər bilir ki, dünən Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində TRIPP layihəsinə həsr olunmuş böyük bir tədbir keçirildi. Prezident Trampın çıxışını gördünüzsə, o da avqust ayında Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanın şahidi olmaqdan qürur duyduğunu vurğuladı.

Bu, müvəqqəti bir proses deyil. ABŞ hökuməti üçün yeni bir diqqət mərkəzidir, çünki biz Cənubi Qafqaz regionunun və bu Trans-Xəzər ticarət dəhlizinin böyük potensialını görürük. Bu həmçinin ABŞ biznesi üçün yeni imkanlar, birgə firavanlıq və regiona sülh ilə yeni imkanlar gətirmək şansıdır”, - amerikalı diplomat qeyd edib.

Günel İbrahimova

Mənbə: qafqazinfo.az