Rusiyada keçirilən yeni sorğu ölkə ictimaiyyətinin prezident Vladimir Putinə münasibətini ortaya qoyub. Nəticələrdə dövlət başçısına etimad göstəricisinin yüksək olduğu məlum olub.
Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VÇİOM) keçirdiyi sorğuya əsasən, respondentlərin 73,6 faizi Putinə etimad etdiyini bildirib. Respondentlərin 21,6 faizi isə prezidentə etimad göstərmədiyini deyib.
Sorğuda iştirak edənlərin 68 faizi Putinin prezident kimi fəaliyyətini bəyəndiyini, 21 faizi isə bəyənmədiyini bildirib.
Rusiya hökumətinin fəaliyyətini respondentlərin 46,1 faizi dəstəkləyib. Kabinetin fəaliyyətini bəyənməyənlərin payı 24,1 faiz olub.
Baş nazir Mixail Mişustinə respondentlərin 55,1 faizi etimad göstərib, 23,4 faizi isə ona etimad etmədiyini bildirib.
Beləliklə, VÇİOM-un nəticələrinə görə, sorğuda iştirak edənlərin əksəriyyəti Putinə etimad göstərir və onun prezident kimi fəaliyyətini dəstəkləyir.
Müəllif: Adəm Abbaslı
Mənbə: publika.az