İran Hörmüzün açılması üçün şərtlərini açıqladı

İran Hörmüzün açılması üçün şərtlərini açıqladı

İran Hörmüz boğazının yenidən açılmasının irəli sürdüyü şərtlərin yerinə yetirilməsindən asılı olduğunu açıqlayıb.

İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ və İsraillə münaqişənin yalnız danışıqlar yolu ilə həll edilə biləcəyini bildirib.
Əraqçı qeyd edib ki, Hörmüzün açılması ilə bağlı hər hansı addım İranın şərtlərinin yerinə yetirilməsindən asılıdır. O, ABŞ-nin İranın təklifini rəsmi şəkildə rədd etməsi barədə vasitəçilərdən cavab gözlədiklərini deyib.
ABŞ Prezidenti Donald Tramp isə İranın təklifini rədd etdiyini açıqlayıb, lakin danışıqların davam etdirilə biləcəyini bildirib.
Vüsalə Hüseynova

Mənbə: www.bakupost.az