“O qanun 31 il bundan qabaq qəbul edilib, reallaşma mexanizmi çox zəifdir”

“O qanun 31 il bundan qabaq qəbul edilib, reallaşma mexanizmi çox zəifdir”

“Müxtəlif illərdə qəbul edilmiş sahibkarlığa dair qanunları bir yerə toplayıb, çox mükəmməl Sahibkarlıq Məcəlləsinin qəbul edilməsini vacib hesab edirəm”.

Bunu deputat Əli Məsimli Milli Məclisin payız sessiyasında keçirilən ilk iclasında bildirib.

“Yeni Vergi Məcəlləsinin, Büdcə Məcəlləsinin, Bank Məcəlləsinin də qəbul edilməsi çox məqsədəuyğun olar. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun 31 il bundan qabaq qəbul edilib. Onun reallaşma mexanizmi çox zəifdir və hesab edirik ki, zəif olduğuna görə praktikada bir sıra hallarda kobud qanun pozuntularına yol verilir.

Məsələn, vətəndaşın nəsə alanda onu 14 gün ərzində qaytarmaq, yaxud da dəyişmək hüququ var. Bu hüquqdan çox təəssüflər olsun ki, vətəndaşların çoxu bir sıra hallarda istifadə edə bilmir. Hesab edirəm ki, istehlakçıların hüquqlarının qorunması məsələsinin dövlət səviyyəsində əsas prioritetə çevrilməsi üçün istehlakçıların hüquqlarının qorunmasına dair müasir tələblərə cavab verən yeni qanunun qəbul edilməsi çox məqsədəuyğun olar”, - deputat qeyd edib.

Mənbə: qafqazinfo.az