Putin IX çağırış Dövlət Dumasının ilk iclasında iştirak edir

Putin IX çağırış Dövlət Dumasının ilk iclasında iştirak edir

Moskvada IX çağırış Dövlət Dumasının ilk iclası keçirilir.

“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin də iclasda iştirak edir.

O, ötən həftə baş tutan parlament seçkilərində qalib gələn deputatları təbrik edib.

Dövlət Dumasına sentyabrın 18-dən 20-nə qədər keçirilən seçkilərin nəticəsində ölkənin hakim “Vahid Rusiya” partiyasından deputatların sayı 324-dən 349-a çatıb. Dumanın spikeri olaraq yenidən Vyaçeslav Volodin seçilib.

O, bugünkü iclasda çıxış edərək parlamentdə deputatların tərkibinin 41 faiz yeniləndiyini diqqətə çatdırıb.

Mənbə: qafqazinfo.az