Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ötən gün Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşü onun tolerantlığa verdiyi xüsusi önəmi təsdiqləyir. Dünyada müharibə, zorakılıq və nifrət meyillərinin yayıldığı bir dövrdə qlobal ictimaiyyətə Vatikandan sülh mesajlarının verilməsi barışıdırıcı çağırışlar deməkdir.
Leyla xanım bu çağırışı ilə həm Azərbaycanın dinlərarası həmrəylik və sülh modelini dünya ölkələri üçün nümunə olduğunu diqqətə çatdırır, həm də nümunəvi siyasətdən faydalanmağı tövsiyə edir.
Onun beynəlxalq ictimaiyyətə ünvanlanan sülhpərvər mesajları müharibələri durdurmağa, insanlara silaha yox, bir-birinə sarılaraq qardaşlaşmağa səslənişdir.
O, bu mesajları Bakıdan çatdırır - Azərbaycanın sülh və təhlükəsizliklə bağlı beynəlxalq məsələlərin müzakirə olunduğu sabitlik ünvanından...
Leyla xanımın insani dəyərlərə necə yanaşdığını əks etdirən bu xoş missiya bəşəriyyət üçün bir nümunədir, müasir davranış kodeksidir.
Hesab edirəm ki, Leyla xanımın bu fəaliyyəti müasir beynəlxalq münasibətlər sistemində böyük alqışlarla qarşılanır və onun Azərbaycanın ictimai-siyasi hərəkatındakı rolu daha da artırılmalıdır.
Leyla xanım böyük ictimai xadimdir, onun müəllifi olduğu saysız layihələr qlobal iqlim ailəsi, elmi-mədəni cəmiyyətlər, dini-humanitar təşkilatlar tərəfindən yüksək dəyərləndirilir.
Leyla Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA təşkilatının rəhbəri kimi qarşıya qoyulan bütün məqsəd və prinsipləri ən yüksək səviyyədə həyata keçirir.
Dünya sürətlə dəyişir, müasir beynəlxalq münasibətlərdə klassik diplomatik meyarlar yeniləri ilə əvəz olunur, mədəniyyət, humanizm, ekoloji məsuliyyət, sosial inklüzivlik, tolerantlıq müasir strateji baxış və dəyərlər qazanır.
Müasir diplomatiyada uğur qazanmaq böyük məsuliyyət və fitri istedad tələb edir. Bu baxımdan Leyla xanımın irəli sürdüyü təşəbbüslər dünyada vahid dəyərləri reallaşdırır.
Leyla Əliyeva diplomatiyası dünya miqyasında örnək kimi təqdim olunur.
Bu strategiya Azərbaycanın inkişafına və beynəlxalq imicinə böyük dəyər qazandırır. Ona görə də, yeni reallıqları nəzərə alaraq Leyla Əliyevanın görkəmli ictimai xadim kimi ictimai-siyasi proseslərdə rolunun daha da artırılması zəruri tarixi fakta çevrilməkdədir.
Vaqif Abdullayev
Siyasi elmlər doktoru, professor

Mənbə: qafqazinfo.az