Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Litvanın ölkəmizdəki səfiri Kestutis Vaskelyaviçyus ilə görüşüb.
Bu barədə Kestutis Vaskelyaviçyus sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, dəyişən geosiyasi mənzərədə regional təhlükəsizlik və Litva-Azərbaycan əlaqələrinin dərinləşdirilməsi imkanları üzrə açıq dialoq yüksək qiymətləndirilir:
"Güclü əlaqələr və qarşılıqlı anlaşma hər zamankindən daha vacibdir".
Mənbə: publika.az