Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə hökumətinin qaz təchizatı ilə bağlı müxtəlif ssenariləri nəzərdən keçirdiyini bildirib.
Publika.az xəbər verir ki, oktyabrın 1-də keçirilən brifinqdə Rusiya qazına tariflərin artırılması ehtimalı ilə bağlı suala cavab olaraq Paşinyan hələlik belə bir siqnalın olmadığını bildirib.
“Hazırda bu barədə heç bir siqnal yoxdur, ona görə də düşünmürəm ki, bunu müzakirə edək. Müzakirə edəcəyik. Vəziyyəti necə idarə edəcəyimizi düşünürükmü? Bəli, çünki bu, yeni bir şey deyil”, - deyə Paşinyan 2018-ci ildən bəri “suallar daim qaldırıldığı” üçün bu vəziyyətlə qarşılaşdığını bildirib.
Baş nazirin sözlərinə görə, təkcə bu deyil, digər məsələlər üçün də müxtəlif ssenarilər nəzərdən keçirilir. "Hazırda belə bir şey yoxdur", - deyə Paşinyan təkrarlayıb.
Müəllif: Tural
Mənbə: publika.az