Türkiyənin Niğdə vilayətinin Çiftlik rayonunun bələdiyyə sədri Arif Çakıl Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verdiyini açıqlayıb.
O, bundan sonra fəaliyyətini müstəqil şəkildə davam etdirəcəyini bildirib.
Çakıl qərarın bələdiyyə məclis üzvləri ilə aparılan müzakirələrdən sonra qəbul edildiyini qeyd edib. O bildirib ki, prioritetləri siyasi vəzifə və ya kreslolar deyil, Çiftlik rayonuna daha yaxşı xidmət göstərməkdir.
Bələdiyyə sədri CHP daxilində formalaşan “butlan idarəetmə anlayışı” ilə siyasi yoluna davam etmələrinin mümkün olmadığı qənaətinə gəldiklərini deyib.
Çakıl bundan sonra heç bir siyasi ayrı-seçkilik qoymadan Çiftlik sakinlərinin maraqları naminə fəaliyyət göstərəcəklərini vurğulayıb.


Mənbə: publika.az