Avropa Komissiyası ABŞ-ın Avropadakı strateji dizel yanacağı ehtiyatlarının dünya bazarına çıxarılması ilə bağlı çağırışını rədd edib.
Bu barədə “RİA Novosti" məlumat yayıb.
Avropa Komissiyasından bildirilib ki, ehtiyatların mümkün şəkildə bazara çıxarılması ABŞ-ın təzyiqinə güzəşt kimi qiymətləndirilməməlidir. Qeyd olunub ki, Avropa İttifaqı (Aİ) enerji qiymətlərindəki vəziyyəti hələ 2026-cı ilin fevralından izləyir.
Bundan əlavə, mart ayında Beynəlxalq Enerji Agentliyi (BEA) ilə koordinasiyalı şəkildə neft ehtiyatlarının bazara çıxarılması müzakirə olunub.
Ötən ay ABŞ-da enerji daşıyıcılarının qiymətlərinin artması fonunda dizel yanacağının ixracına qadağa hazırlığı barədə məlumat yayılmışdı. Vaşinqton isə bu xəbəri təkzib edib. ABŞ prezidenti 1 oktyabrda bildirib ki, Vaşinqton Avropadan öz dizel ehtiyatlarını dünya bazarlarına çıxarmağı xahiş edə bilər.
Müəllif: Roza
Mənbə: publika.az