Finlandiya rusların hücumunu gözləyir? - Prezidentdən proqnoz

Finlandiya rusların hücumunu gözləyir? - Prezidentdən proqnoz

Finlandiya ilə Rusiya arasında olan soyuq münasibətlər dərinləşməkdədir.

Finlandiya Prezidenti Aleksandr Stubb Kremlin onun ölkəsinə hücum planlaşdırması barədə yayılan şaiyələrə reaksiya verib. Prezident "El Mundo"ya verdiyi müsahibədə deyib ki, ölkə Rusiyadan hücum gözləmir.

Onun sözlərinə görə, bəzi avropalı liderlər ssenari ilə təhdid qavrayışını qarışdırdıqları üçün Avropa daxilində kommunikasiya problemləri var.

"Rusiyanın hücum edəcəyini gözləyirikmi? Cavab budur: xeyr! Buna dair heç bir dəlilimiz yoxdur. Biz (Avropa Birliyi-red.) Rusiya ilə ən uzun sərhədi bölüşürük. Rusiyanın nə etməyi planlaşdırdığını aydın şəkildə görə bilirik. Əlbəttə ki, hər hansı bir dəyişiklik görsək, xəbər verəcəyik", - Stubb deyib.

Xatırladaq ki, Stubb oktyabrın 2-də Avropanın Rusiya ilə dialoqu bərpa etməli olduğunu söyləmişdi.

Müəllif: Tural

Mənbə: publika.az