Yəmən ordusu husilərə qarşı geniş hücuma başladı

Yəmən ordusu husilərə qarşı geniş hücuma başladı

Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətini dəstəkləyən silahlı qüvvələr, ölkənin şimalına hakim olan Şiə Ənsar Allah (Husi) hərəkatının nəzarəti altındakı paytaxt Səna istiqamətində hücuma başlayıblar.

Bu barədə Yəmən Müdafiə Nazirliyi məlumat yayıb.
Hökumətyönlü ordunun sözçüsü Məcid əl-Nazili X sosial media saytında bildirib ki, silahlı qüvvələr Sənaya nəzarəti ələ keçirəcəklər.
Qeyd edək ki, paytaxt Səna 2014-cü ildən husilərin nəzarəti altındadır.
Rüfət Sultan

Mənbə: www.bakupost.az