Avropa İttifaqının nümayəndələri oktyabrın 7-də təxminən 1650 Rusiya fiziki və hüquqi şəxsinə qarşı sanksiyaları təsdiqləməlidirlər; onların əksəriyyəti Rusiya hərbi-sənaye kompleksinə aiddir.
Bu barədə Reuters agentliyi Aİ diplomatlarına istinadla məlumat yayıb.
Agentlik yazır ki, bu, Ukraynadakı münaqişənin başlamasından bəri ən böyük sanksiya siyahısı olacaq. Aİ səfirləri tərəfindən bəyənildikdən sonra siyahı yekun təsdiq üçün oktyabrın 12-də Aİ ölkələrinin xarici işlər nazirlərinə göndəriləcək.
“Reyestrə daxil edilən yeni subyektlərin təxminən 1570-i Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli təşkilatlar və fiziki şəxslərdir, onların yarıdan çoxu isə raket istehsalı ilə məşğuldur”, - KİV yazıb.
Hüseyn İbadlı
Mənbə: publika.az