Vens 2028-ci il prezident seçkilərində iştirak edəcək?

Vens 2028-ci il prezident seçkilərində iştirak edəcək?

ABŞ vitse-prezidenti C.D.Vens hələ 2028-ci ildə prezidentliyə namizəd olub-olmadığına qərar verməyib.

Siyasətçi bunu "Reuters" agentliyinə verdiyi müsahibədə açıqlayıb.

"Mən təbiətcə işləri təxirə salan biriyəm. Hələ bu barədə çox düşünməmişəm", - vitse-prezident deyib.

Sentyabr ayında ABŞ prezidenti Donald Tramp 2028-ci il prezident seçkilərində Vensi dəstəkləyib-dəstəkləməyəcəyini açıqlamayıb və bu barədə danışmağın hələ tez olduğunu bildirib. Lakin Ağ Ev rəhbəri vitse-prezidenti "gözəl insan" adlandırıb.

Mənbə: unikal.az