Rusiyaya güzəşt olmayacaq – Aİ bu federasiyaları cəzalandıracaq

Rusiyaya güzəşt olmayacaq –

Ukraynanın gənclər və idman naziri Matvey Bidnıy Avropa Komissarı Qlenn Mikalleflə söhbətindən danışıb.

Bidnıy yerli mətbuata verdiyi açıqlamada deyib:

“Avropa Komissiyası ilə işimizin prioritetlərindən biri Rusiyanın dövlət simvollarının beynəlxalq idmana qayıtmasının qarşısını almaqdır. Avropa Komissiyası ilk dəfə olaraq Aİ ölkələrində keçirilən yarışlarda Rusiya simvollarına icazə verən idman federasiyaları və təşkilatları üçün Aİ maliyyələşdirməsini məhdudlaşdırmağı nəzərdən keçirir. Avropa Komissarı belə bir həll yolu üzərində Ukrayna ilə işləməyə hazır olduğunu təsdiqlədi.

Mən həmçinin Qlenə Ukraynada idman infrastrukturunun bərpası üçün yeni layihəmizi təqdim etdim. UNITED24-də artıq vəsait toplama kampaniyasına başlanılıb. Hazırda Rusiya tərəfindən 956-dan çox idman obyekti zədələnib və ya dağıdılıb. Biz Avropa Komissarı ilə “İdmanların Bərpası” vasitəsilə Ukraynanın idman infrastrukturunun bərpası üçün Avropa Komissiyasından və Aİ ölkələrindən resurslardan istifadə mexanizmi hazırlamaq barədə razılığa gəldik”.

İyul ayında Beynəlxalq Olimpiya Komitəsi rusiyalı idmançıların beynəlxalq yarışlarda iştirakını məhdudlaşdırmaqla bağlı tövsiyələrini ləğv etdi.

Mənbə: publika.az