Almaniya Rusiya reaktiv dronlarına qarşı durmaq üçün Ukraynaya təyyarə sursatı verib.
Bu barədə "İnterfaks-Ukrayna" agentliyinin Almaniya Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.
Bildirilib ki, Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynanın müdafiə naziri Yevgen Xmara ilə telefon danışığında "qış parketi" hərbi yardımının göstəriləcəyini açıqlayıb.
"Ukrayna bizdən Rusiyanın reaktiv dronlarının hücumlarını dəf etmək üçün Ukrayna döyüş təyyarələri üçün sursat paketi verməyimizi istəyib. Bir neçə gün ərzində cavab verdik və çatdırılmalara başladıq. İlk partiya artıq çatdırılıb", - Almaniya Müdafiə Nazirliyi bildirib.
Nazirlik həmçinin qeyd edib ki, Almaniya Ukraynanın "Şəhadət əleyhinə" proqramında iştirak edir və bu proqram Kiyevə Rusiya reaktiv mühərrikli dronlarını vura bilən tutucu dronlar hazırlamağa davam etməyə imkan verəcək.
Hüseyn İbadlı
Mənbə: publika.az