Rusiya prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin liderlərini dekabrın 21-də Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitə dəvət edib.
Putin MDB dövlət başçılarının görüşündə çıxışı zamanı doğum günü münasibətilə ünvanlanan təbriklərə görə həmkarlarına təşəkkür edib. Rusiya lideri çıxışında zarafat edərək təbrikləri əvvəlcə Yeni il münasibətilə aldığını desə də, sonra fikrini düzəldib.
“Yeni il münasibətilə, bağışlayın, mənim yeni ilim, yəni doğum günüm münasibətilə göndərdiyiniz səmimi və dostyana təbriklərə görə sizə təşəkkür etmək istəyirəm”, - deyə Putin bildirib.
O, dekabrın 21-də Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi görüşün artıq Yeni il ərəfəsində ənənəvi xarakter aldığını vurğulayıb. Putin, həmçinin MDB ölkələrinin liderlərinin bir-birini doğum günləri münasibətilə təbrik etmək ənənəsinin davam edəcəyinə ümidvar olduğunu bildirib.
Müəllif: Adəm
Mənbə: publika.az