Əgər ölkənin daxilində sabitlik olsa, İran İslam Respublikası ABŞ qarşısında təslim olmayacaq.
Bu barədə İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkə hesabında yazıb.
"Əgər biz özümüz özümüzə sanksiya tətbiq etməsək, seçici şəkildə kənarlaşdırma addımları atmasaq, düşmən bizi kənarlaşdıra və ya diz çökdürə bilməz", - o bildirib.
Pezeşkianın sözlərinə görə, İran bütün təhdidlərin qarşısını almaq üçün gənclərin istedad, bacarıqlarının üzə çıxması və özünü göstərməsi üçün zəmin yaratmalıdır.
Xatırladaq ki, ABŞ İrana qarşı "İqtisadi təcrid" əməliyyatı həyata keçirir. Bu çərçivədə son sanksiyalar İran neftinin satışını dəstəkləyən şəxslər və şirkətləri əhatə edib.
Mənbə: publika.az