Ağ Ev ABŞ-ın Yunanıstandakı səfirindən istefa verməsini TƏLƏB ETDİ

Ağ Ev ABŞ-ın Yunanıstandakı səfirindən istefa verməsini

Ağ Ev ABŞ-nin Yunanıstandakı səfiri Kimberli Qilfoyla vəzifəsini tərk etməyi təklif edib. Buna səbəb onun siyasi donordan şəxsi kredit kartı borcunu ödəmək üçün 100 min dollar almağa cəhd göstərməsi ilə bağlı ittihamlardır.

Bu barədə Ağ Evin mətbuat katibi Keti Zaxariya məlumat verib.

“Biz ona gələcək həyatında uğurlar arzulayırıq”, – deyə o bildirib.

Kimberli Qilfoyl isə irəli sürülən ittihamları rədd edib.

Mənbə: bizim.media