ABŞ İrana qarşı hərbi əməliyyatları bərpa edəcəyi təqdirdə arsenalındakı ən güclü qeyri-nüvə bombası olan “bütün bombaların anası”ndan istifadə edə bilər.
Bu barədə CNN telekanalı amerikalı hərbçilərə istinadən məlumat yayıb.
ABŞ hərbçiləri İranın enerji infrastrukturu və nüvə obyektlərinə zərbələr endirilməsini nəzərdə tutan yeni hərbi planlar hazırlayıblar. CNN-in məlumatına görə, planlara GBU-43/B MOAB bombasının mümkün tətbiqi də daxildir.
Telekanalın yazdığına görə, ABŞ prezidenti Donald Tramp aralıq seçkilərdən əvvəl və ya sonra hərbi əməliyyatların bərpası barədə göstəriş verərsə, bu variant nəzərdən keçirilə bilər.
GBU-43/B MOAB ABŞ-nin hərbi arsenalındakı ən böyük qeyri-nüvə bombasıdır. Bununla belə, CNN-ə danışan hərbçilər onun tətbiqinin Yaxın Şərqdə ABŞ-nin strateji məqsədlərinə çatmasına və ya qüvvələr balansının dəyişməsinə imkan verəcəyinə şübhə ilə yanaşıblar.
Onların fikrincə, belə bir addımın strateji nəticələri sual doğursa da, bu, münaqişənin ciddi şəkildə daha da kəskinləşməsinə səbəb ola bilər.
Müəllif: Adəm
Mənbə: publika.az