Pezeşkian Ermənistana gedir - Tarix bəllidir

Pezeşkian Ermənistana gedir -

İran Prezidenti Məsud Pezeşkian 16 oktyabrda Ermənistana qısamüddətli səfər edəcək.

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bəqai məlumat verib.

İran prezidenti BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflərinin 17-ci Konfransında (CBD COP17) iştirak edəcək.

Baqai sammit çərçivəsində bir sıra ölkələrin liderləri ilə danışıqların və fikir mübadiləsinin aparılmasının da planlaşdırıldığını bildirib.

Bqqai vurğulayıb ki, İran konvensiyanı imzalayan ilk ölkələrdən biri olub və 1996-cı ildə rəsmi olaraq ona qoşulub. Son üç onillikdə İslam Respublikası biomüxtəlifliyin və ətraf mühitin qorunması ilə bağlı mexanizmlərin və qaydaların hazırlanmasında mühüm rol oynayıb.

İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Yaxın Şərqdəki vəziyyətin İranda və regionda, o cümlədən Fars körfəzi və Oman körfəzində ətraf mühitə vurduğu ziyana toxunaraq bildirib ki, Tehran ətraf mühitə qarşı törədilən cinayətləri sənədləşdirmək və ictimailəşdirmək üçün hər fürsətdən istifadə edir.

Müəllif: Tural

Mənbə: publika.az