Şahin Şıxlinskinin diaspor təşkilatı ləğv olundu

Şahin Şıxlinskinin diaspor təşkilatı ləğv olundu

Rusiya məhkəməsi Yekaterinburqdakı "Azərbaycan-Ural" diaspor təşkilatını ləğv edib.

"Azərbaycan-Ural" milli mədəni təşkilatının ləğv edilməsi barədə qərar Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrində yerləşdirilib.

Təşkilat rəsmi olaraq 2023-cü ilin yanvar ayında qeydiyyata alınıb. Onun təsisçisi Şahin Şıxlinski Yekaterinburqda və Rusiyanın Sverdlovsk vilayətində yaşayan həmvətənlərimizə yardım və dəstək göstərmək üçün birlik yaradıb.

2025-ci ildə Rusiyada Azərbaycan diasporuna hücumlar zamanı Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinski saxlanılıb.

2026-cı ilin aprelində Şahin Şıxlinski sifarişli qətllərin təşkili və hüquq-mühafizə orqanı əməkdaşına güc tətbiq etmək ittihamı ilə 24 il müddətinə azadlıqdan məhrum edilib. Oğlu Mutvalı Şıxlinski isə 8 il müddətinə həbsə göndərilib.

Mənbə: musavat.com